Klublarımızın il ərzində pul qazancı hesablanıb
Misli Premyer Liqası: klubların 2024-cü il üzrə maliyyə gəlirləri açıqlanıb.
90plus.az xəbər verir ki, AFFA Misli Premyer Liqasında çıxış edən klubların 2024-cü il ərzində əldə etdikləri maliyyə gəlirlərini ictimaiyyətə təqdim edib. Məlumat qurumun klubların lisenziyalaşdırılması ilə bağlı hazırladığı rəsmi hesabatda yer alıb.
Hesabata əsasən, ötən il üzrə ən yüksək gəlir göstəricisi “Qarabağ” klubuna məxsusdur. Ağdam təmsilçisi 2024-cü il ərzində 34 milyon 753 min 800 manat gəlir əldə edərək siyahıya liderlik edib. İkinci pillədə “Neftçi” qərarlaşıb — paytaxt klubu 28 milyon 617 min 506 manat gəlirlə mövsümü başa vurub. İlk üçlüyü isə “Sabah” tamamlayıb — 26 milyon 953 min 800 manat.
Digər klubların maliyyə göstəriciləri də hesabatda əksini tapıb. Belə ki, “Zirə” və “Sumqayıt” orta səviyyəli gəlirlərlə siyahının növbəti pillələrində yer alıblar. Turnir cədvəlinin aşağı sıralarında qərarlaşan klubların gəlirləri isə daha məhdud olub.
Misli Premyer Liqası klublarının 2024-cü il üzrə gəlirləri:
Qeyd: Təqdim olunan gəlir göstəricilərinə reklam və sponsorluq müqavilələrindən əldə edilən vəsaitlər, UEFA-dan daxilolmalar, Futbolun İnkişafı Fondundan ayrılan maliyyə dəstəyi, kommersiya fəaliyyəti və bilet satışından əldə olunan gəlirlər daxildir.
© Copyright 2025, All Rights Reserved