Kobe Brayantın ölümündən 6 il ötür
Bu gün dünya basketbolunun ən böyük əfsanələrindən biri olan Kobe Brayantın faciəvi şəkildə vəfat etməsindən 6 il keçir.
90plus.az xəbər verir ki, 26 yanvar 2020-ci ildə Kaliforniyada baş verən helikopter qəzası nəticəsində Kobe Brayant, onun 13 yaşlı qızı Cianna Brayant və daha 7 nəfər həyatını itirmişdi.
Kobe Brayant bütün peşəkar karyerasını NBA təmsilçisi "Los-Anceles Leykers" klubunda keçirib. O, 20 mövsüm ərzində bu komandanın şərəfini qoruyaraq 5 dəfə NBA çempionu olub, 18 dəfə All-Star oyununa seçilib və basketbol tarixində silinməz iz buraxıb.
Əfsanəvi basketbolçu 2008 və 2012-ci il Olimpiya Oyunlarında ABŞ millisinin heyətində qızıl medal qazanıb, karyerasını başa vurduqdan sonra isə yazdığı kitabla “Oskar” mükafatına layiq görülüb.
Kobe Brayantın “Mamba Mentaliteti” adlandırılan iş prinsipi bu gün də minlərlə gənc idmançı üçün ilham mənbəyi olaraq qalır. Onun xatirəsi basketbol azarkeşləri və idman dünyası tərəfindən hər il dərin hörmətlə anılır.
© Copyright 2026, All Rights Reserved