"Kocaelispor" Selçuk İnanın müqaviləsini uzatdı
Türkiyə Super Liqa təmsilçisi "Kocaelispor" baş məşqçi Selçuk İnanla bağlı önəmli qərar qəbul edib.
90plus.az xəbər verir ki, klubun rəsmi açıqlamasına əsasən, Selçuk İnanla mövcud müqavilə qarşılıqlı razılıq əsasında uzadılıb. Yeni razılaşmaya görə, təcrübəli mütəxəssisin müqaviləsi 2026-2027 və 2027-2028 mövsümlərini də əhatə edəcək şəkildə 30 iyun 2028-ci il tarixinə qədər qüvvədə olacaq.
"Kocaelispor" rəhbərliyi bu addımla komandanın gələcək planlamasında sabitliyi qorumağı hədəfləyir. Selçuk İnanın rəhbərliyi altında komandanın inkişafının davam etdirilməsi əsas məqsədlərdən biri kimi göstərilir.
© Copyright 2026, All Rights Reserved