Koke Viniyə: “Mbappe səndən yaxşıdır”

“Atletiko - Real Madrid” (2:5) derbisində gərginlik: Koke və Vinisius arasında mübahisə yaşanıb və onların bir-birinə nə dediyi bəlli olub.
90plus.az xəbər verir ki, İspaniya La Liqasının 7-ci turunda mərkəzi oyun olan “Atletiko”nun “Real Madrid” üzərində 5:2 hesablı qələbəsi gərgin anlarla yadda qalıb. Derbidə “Atletiko” kapitanı Koke ilə “Real Madrid”in ulduzu Vinisius arasında mübahisə yaşanıb.
🗣 Koke braziliyalı futbolçuya sərt sözlər deyib:
“Mbappe sənin çörəyini yeyir. O, səndən daha yaxşıdır”.
⚡️ Vinisius isə sakit cavab verərək komanda birliyini ön plana çəkib:
“Əlbəttə, əlbəttə. Amma biz komanda yoldaşıyıq, birlikdə daha çox qalib gələcəyik. Ağlamağı dayandırın”.
Bundan sonra Vinisius Robin Le Normana da müraciət edib:
“Hər dəfə mən ona cavab verəndə, o (Koke) gedib mediada ağlayır, hər dəfə”.
VİDEO: https://t.me/doxsanplus/108463
Böyük hesablı derbi nəticəsi ilə yanaşı, futbolçular arasındakı söz atışması da oyundan sonra geniş müzakirələrə səbəb olub.
© Copyright 2025, All Rights Reserved