Koman da Səudiyyə Ərəbistanına yollanır

Kinqsli Koman Kriştiano Ronaldonun komanda yoldaşı ola bilər.
90plus.az xəbər verir ki, “Əl-Nəsr” fransalı oyunçu ilə danışıqlara start verib.
Səudiyyə Ərəbistanı klubu 3 illik, illik 20-25 milyon avro dəyərində müqavilə təklif edib. Hələlik Koman bu təkliflə bağlı qərarını açıqlamayıb. “Əl-Nəsr”in futbolçunun hazırda çıxış etdiyi “Bavariya” ilə də masa arxasına oturacağı gözlənilir.
Xatırlatma: Kinqsli Koman ötən mövsüm Almaniya Bundesliqasında 28 matçda iştirak edərək 5 qol vurub və 4 qol ötürməsi edib. Münhen təmsilçisi onun transferinə qarşı çıxmır.
© Copyright 2025, All Rights Reserved