Komanda yoldaşına sillə vuran futbolçuya cəza verildi
Premyer Liqanın 12-ci turunda “Everton” səfərdə “Mançester Yunayted”i 1:0 hesabı ilə məğlub etsə də, matçın ən çox müzakirə olunan epizodu 13-cü dəqiqədə yaşandı.
90plus.az xəbər verir ki, “Everton”un futbolçusu Idrissa Qeye komanda yoldaşı Maykl Kinə əsəbiləşərək ona sillə vurdu və birbaşa qırmızı kartla meydandan uzaqlaşdırıldı.
Klubun İngiltərə Futbol Federasiyasına etdiyi etiraz rədd edildi və seneqallı yarımmüdafiəçiyə 3 oyunluq cəza verildi. Bu səbəbdən Qeye “Nyukasl Yunayted”, “Bornmut” və “Nottingem Forest”lə qarşılaşmalarda forma geyinməyəcək.
“Everton” hadisədən sonra Maykl Kin və Qeye arasında məsələnin həll edildiyini və futbolçuların barışdığını rəsmi şəkildə açıqlayıb.
© Copyright 2026, All Rights Reserved