Komanda yoldaşına şillə vurdu, tarixə düşdü
”Everton” klubunda İdrissa Queye Premyer Liqada komanda yoldaşı ilə mübahisəyə görə qırmızı vərəqə alan ilk oyunçu oldu.
90plus.az xəbər verir ki, İngiltərə Premyer Liqasının 12-ci turu çərçivəsində keçirilən "Mançester Yunayted" - "Everton" matçında maraqlı hadisə yaşanıb. Qonaqların futbolçusu İdrissa Qana Queye komanda yoldaşı Maykl Kinə şillə atıb.
Epizod: https://t.me/doxsanplus/111125
Sonuncu belə hadisə “Stok”un futbolçuları Rikardo Fuller və Endi Qriffin arasında 2008-ci ilin dekabrında baş vermişdi.
Queye komanda yoldaşı Maykl Kini vurduğuna görə meydandan qovulub.
🔗Squawka
© Copyright 2026, All Rights Reserved