“Komo” prezidenti Messi və Morata barədə danışdı

“Komo” prezidenti Messinin transferi barədə yayılan xəbərlərə son nöqtəni qoydu: “Bu, mümkün deyil”.
90plus.az xəbər verir ki, son günlər İtaliya mətbuatında Lionel Messinin “Komo”ya keçə biləcəyi ilə bağlı yayılan xəbərlər böyük maraq doğurmuşdu. Məsələnin gündəmə gəlməsinə səbəb isə “Komo”nun baş məşqçisi Sesk Fabreqasın dünya ulduzu ilə olan yaxın dostluğu idi.
Lakin klub prezidenti Mirwan Suwarso bu xəbərlərə qətiyyətlə münasibət bildirib. Onun sözlərinə görə, Messinin “Komo” forması geyinməsi real deyil:
“Bu, bir xəyal deyil, sadəcə mümkün olmayan bir şeydir.”
Xatırlatma: “Sky Italia”nın yaydığı məlumatlarda Fabreqasın Messi ilə əlaqə saxladığı və təklif irəli sürdüyü bildirilirdi. Lakin klub rəhbərliyinin açıqlaması ilə bu ehtimallar rəsmən təkzib olunmuş oldu.
MLS-də “İnter Mayami” formasını geyinən Lionel Messi yaxın günlərdə karyerası ilə bağlı hər hansı dəyişiklik etməyi planlaşdırmır.
"Komo"nun prezidentı Mirvan Suvarso Morata tranaferi məsələsinə də toxunub:
"Alvaro Morata ilə anlaşma hazırdır. Oyunçu şərtlərə razıdır və biz artıq "Milan" klubu ilə bütün detalları razılaşdırmışıq. İndi sadəcə "Milan"ın "Qalatasaray"la danışığını gözləyirik. Biz öz işimizi görmüşük".
(📰: Fabrizio Romano).
Alvaro Morata hazırda "Qalatasaray"da icarə əsasında çıxış edir.
© Copyright 2025, All Rights Reserved