“Komo” Qabriellonini heykəllə şoka saldı. VİDEO

“Komo” klubu Alessandro Qabrielloninin şəninə heykəl ucaltdı.
90plus.az xəbər verir ki, İtaliya A Seriyasının debütantı “Komo” klubunun tarixi hücumçusu Alessandro Qabrielloni stadionda heykəllə şərəfləndirilib.
Bu addım keçmiş ulduz futbolçu və hazırkı baş məşqçi Sesk Fabreqasın ötən mövsüm verdiyi vədə əsaslanır.
Xatırlatma: Fabreqas ötən ilin dekabrında “Roma” ilə oyunda (2:0) son dəqiqədə qol vuran, daha sonra isə Niko Pazın qoluna ötürmə verən Qabrielloni haqqında zarafatla “o, heykələ layiqdir” demişdi. Klub isə bu sözləri gerçəyə çevirib.
31 yaşlı hücumçu “Komo”ya 2018-ci ildə qoşulub, komandaya D Seriyasından A Seriyasına qədər yüksəlişində böyük pay sahibi olub. Artıq 9-cu mövsümünü klubda keçirən futbolçunun bu uğurları azarkeşlər tərəfindən əfsanə kimi qəbul edilir.
Yeni heykəl “Stadio Sinigaglia”nın daxilində azarkeşlərin ziyarətinə açılıb. Gabrielloni “Latsio” ilə qarşılaşma öncəsi bu sürprizlə tanış olub və emosional anlar yaşayıb.
VİDEO: https://t.me/doxsanplus/106696
“Komo” klub tarixinin ən sadiq futbolçularından birinə minnətdarlığını belə nümayiş etdirib.
© Copyright 2025, All Rights Reserved