“Komo” sensasiyaya imza atdı – “Napoli” İtaliya Kubokundan kənarda qaldı
İtaliya Kubokunda 1/4 final mərhələsinin qarşılaşmalarında “Komo” sensasiya yaratdı.
90plus.az xəbər verir ki, yarımfinala yüksələn komanda, Çempionlar Liqasında mübarizə aparan “Napoli”ni penaltilər seriyasında 7-6 hesabı ilə məğlub etdi.
Beləliklə, Antonio Kontenin rəhbərlik etdiyi “Napoli” həm Çempionlar Liqası, həm də İtaliya Kubokundan kənarda qaldı. Mövsümün sonuna qədər komanda yalnız A Seriyasında mübarizə aparacaq və hazırda turnir cədvəlində 3-cü pillədədir.
© Copyright 2026, All Rights Reserved