Kompani Luis Enrikeye heyrandır
“Bayern”in baş məşqçisi Vensan Kompani Çempionlar Liqası qarşılaşması öncəsi mətbuat konfransında “Paris Sen-Jermen”i çalışdıran Luis Enrikenin gördüyü işə yüksək qiymət verib.
90plus.az xəbər verir ki, 39 yaşlı belçikalı mütəxəssis həmkarının fəaliyyətindən heyran qaldığını vurğulayıb:
“O, klub üçün inqilab edib. Gənc futbolçularla gördüyü iş inanılmazdır".
Kompani daha sonra Luis Enrikenin uzunmüddətli layihəsini ön plana çəkib:
“Bu gənc futbolçular 5-8 ildən sonra həqiqətən çox güclü olacaq.”
“Bayern”in çalışdırıcısı ispaniyalı mütəxəssisin Parisdəki ilk aylarında yaşadığı çətinlikləri də xatırladıb:
“Qısa müddətdə bu qədər dəyişiklik etmək asan deyil. Keçən il çox tənqid var idi, amma sonda hamı onun ən yaxşı olduğunu dedi. Bu gözəl bir hekayədir.”
Kompani sonda Luis Enrikenin təsirini belə yekunlaşdırıb:
“O, hər şeyi dəyişməyi bacardı. Bu, həqiqətən təsiredicidir.”
© Copyright 2025, All Rights Reserved