Konfrans Liqası: Liqa mərhələsi bitdi!
UEFA Konfrans Liqasında Liqa mərhələsinə bu gecə yekun vurulub. Turnirin 6-cı və son turunun bütün oyunları eyni vaxtda keçirilib və növbəti mərhələyə yüksələn komandalar tam müəyyənləşib.
90plus.az xəbər verir ki, Türkiyəni təmsil edən “Samsunspor” səfərdə Almaniyanın “Maynts” klubu ilə qarşılaşıb və matçı məğlubiyyətlə başa vurub.
Konfrans Liqası, Liqa mərhələsi, 6-cı tur. Bütün nəticələr:
Beləcə, Konfrans Liqasının Çempionlar Liqası və Avropa Liqasından fərqli olaraq 6 turdan ibarət olan Liqa mərhələsi tamamlanıb və yekun cədvəl formalaşıb.
Keçirilən görüşlərdən sonra “Strasburq”, “Rakuv”, AEK (Afina), “Sparta”, “Rayo Valyekano”, “Şaxtyor”, “Maynts” və AEK (Larnaka) birbaşa 1/8 finala vəsiqə qazanıb.
“Lozanna”, “Kristal Pelas”, “Lex”, “Samsunspor”, “Selye”, “AZ Alkmaar”, “Fiorentina”, “Riyeka”, “Yagelloniya”, “Omoniya”, “Noa”, “Drita”, “KuPS”, “Şkendiya”, “Zirinski” və “Siqma” isə pley-off mərhələsində mübarizəni davam etdirəcək.
Xatırlatma: UEFA Konfrans Liqasının pley-off oyunları 2026-cı il fevralın 19–20-də start götürəcək.
© Copyright 2025, All Rights Reserved