Konfrans Liqası: “Samsunspor” 1/8 finalda
Türkiyə təmsilçisi “Samsunspor” Konfrans Liqasının 1/8 finalına yüksəldi.
90plus.az xəbər verir ki, Türkiyə təmsilçisi UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda növbəti inamlı qələbəsini qazanaraq 1/8 finala yüksəlib.
“Samsunspor” doğma meydanda “Şkendiya”nı 4:0 hesabı ilə məğlub edib. İlk oyundakı üstünlüyü də nəzərə alsaq, Türkiyə klubu mərhələni ümumi 5:0 hesabı ilə keçib.
Samsunspor 4 - 0 Şkendiya
Ümumi hesab: 5-0
O. Ntcham 53’ (pen)
Ndiaye 70’
Mouandilmadji 79’ 90+2’
Xüsusilə Mouandilmadji yenə diqqət mərkəzində olub. Hücumçu bu görüşdə dubl edib: 8 oyunda 7 qolla 2024/25 mövsümündə UEFA Konfrans Liqasının ən məhsuldar futbolçusudur.
“Samsunspor”un 1/8 final mərhələsində mümkün rəqibi ya “Şaxtyor Donetsk”, ya da “Rayo Valyekano”dur.
ℹ️ UEFA Konfrans Liqası. Pley-off mərhələsinin saat 21:45-də baş tutan cavab oyunlarına görə 1/8 finala yüksələnlər:
Yagelloniya; Samsunspor; Selye və Riyeka.
© Copyright 2026, All Rights Reserved