Konfrans Liqası: "Samsunspor" evdə uduzdu, mərhələ şansı çətinləşdi
UEFA Konfrans Liqasında 1/8 final mərhələsinin ilk oyunlarına start verilib. Türkiyə təmsilçisi "Samsunspor" bu mərhələdə İspaniyanın La Liqa klubu "Rayo Valyekano" ilə qarşılaşıb.
90plus.az xəbər verir ki, görüş "Samsunspor"un meydanında baş tutub. Matç qonaq komandanın üstünlüyü ilə yekunlaşıb. "Rayo Valyekano" rəqibini 3:1 hesabı ilə məğlub edərək cavab oyunu öncəsi ciddi üstünlük qazanıb.
Samsunspor 1 - 3 Rayo Valyekano
Alemao 15’ 78’
M. Moundilmadji 21’
A. Qarsiya 40’
Konfrans Liqası, 1/8 final. İlk oyunlar:
Bu nəticədən sonra "Samsunspor"un növbəti mərhələyə yüksəlmək şansı xeyli azalıb. Türkiyə təmsilçisi 19 mart tarixində İspaniyada keçiriləcək cavab matçında mərhələ adlamaq üçün ən azı 3 top fərqi ilə qalib gəlməlidir.
Digər matçlar:
AZ Alkmaar 2 - 1 Sparta Praqa
Lex Poznan 1 - 3 Şaxtyor
Riyeka 1 - 2 Strazbur
© Copyright 2026, All Rights Reserved