Konfrans Liqası: “Samsunspor”un işi pley-offa qaldı
Bir müddət lider kimi irəliiləyən, amma ardıcıl 2 məğlubiyyət yaşayan “Samsunspor” UEFA Konfrans Liqasında pley-off oynayacaq.
90plus.az xəbər verir ki, UEFA Konfrans Liqasında Almaniya klubu "Maynts”a məğlub olan Türkiyə təmsilçisi “Samsunspor” son 16-lığa - 1/8 final mərhələsinə yüksəlmək üçün pley-off oynamalıdır:
Maynts 2 - 0 Samsunspor
Uidmar 44’
Amiri 48’ (pen.)
“Samsunspor” 10 xalla 12-ci yeri tutaraq pley-off mərhələsinə vəsiqə qazanıb.
“Samsunspor” pley-off turunda “KuPS Kuopio” və ya “Şkendiya” ilə qarşılaşacaq.
Avropa futbolunun klub səviyyəsində üçüncü dərəcəli turnirinin liqa mərhələsində son turun oyunları 18 matçla başa çatıb.
Pley-off mərhələsinin püşkatma mərasimi 16 yanvar 2026-cı ildə keçiriləcək. Oyunlar isə 19 və 26 fevral 2026-cı il tarixlərində baş tutacaq.
© Copyright 2025, All Rights Reserved