Konqo DR məşhur azarkeşini mundiala qonaq edir
Rəngli geyimi ilə məşhur olan azarkeş “Lumumba” Dünya Çempionatında Konqo DR nümayəndə heyətində olacaq.
90plus.az xəbər verir ki, Konqo Demokratik Respublikasının məşhur azarkeşi “Lumumba” rəsmi olaraq ABŞ, Kanada və Meksikada keçiriləcək Dünya Çempionatında ölkənin nümayəndə heyətinə daxil edilib.
Yerli mətbuatın yaydığı məlumata görə, bu qərar milli komanda futbolçularının istəyi ilə qəbul olunub və federasiya prezidenti Feliks Çisekedi tərəfindən təsdiqlənib.
“Lumumba” kimi tanınan azarkeşin əsl adı Mişel Nkukadır. O, 2025-ci ildə Mərakeşdə keçirilən Afrika Millətlər Kuboku zamanı geniş məşhurluq qazanmışdı. Nkuka oyunlar zamanı tribunada hərəkətsiz dayanaraq Konqo müstəqillik hərəkatının simvolu Patris Lumumbanın Kinşasadakı heykəlini canlandırırdı. Patris Lumumba 1961-ci ildə qətlə yetirilib.
49 yaşlı azarkeş artıq 10 ildən çoxdur ki, milli komandaya bu formada dəstək verir.
Məlumata görə, Nkukanın bütün xərcləri dövlət tərəfindən qarşılanacaq. Buraya uçuş, yerləşmə, qidalanma, oyun biletləri və viza prosedurları daxildir.
Qeyd: Konqo DR tarixində ikinci dəfə Dünya Çempionatında iştirak edəcək. Afrika təmsilçisi K qrupunda Portuqaliya, Kolumbiya və Özbəkistanla qarşılaşacaq.
© Copyright 2026, All Rights Reserved