Konqolu azarkeş AFCON-da tarix yazdı
AFCON-da futbolun gözəl üzü: Əlcəzairdən DR Konqo azarkeşinə böyük jest etdi!
90plus.az xəbər verir ki, AFCON-dan Əlcəzair millisinə məğlub olaraq kənarlaşdırılan DR Konqo yığmasının sadiq azarkeşi Kuka Muladinga (Mișel Nkuka Mboladinga) yaşadığı emosional anlarla gündəmə gəlib.
Qarşılaşmadan sonra göz yaşlarını saxlaya bilməyən Muladinga turnir boyu xüsusi davranışı ilə diqqət mərkəzində olub. O, 1960-cı illərin əvvəllərində DR Konqonun ilk baş naziri olmuş Patris Lumumbanın obrazını canlandıraraq tribunada seçilib. Azarkeşin oyuna baxarkən aldığı mövqe Kinşasada yerləşən Lumumba abidəsindəki duruşla eynilik təşkil edir və bu, sosial şəbəkələrdə böyük maraq doğurub.
Bu hadisədən sonra Əlcəzair Futbol Federasiyası futbolun və Afrikaya məxsus qardaşlığın əsl simasını göstərən nümunəvi addım atıb. Federasiya DR Konqonun turnirdən kənarlaşdırılmasından sonra Mişel Nkuka Mboladinganı görüşə dəvət edib.
Muladinga Əlcəzair millisinin Rabat şəhərində qaldığı otelə aparılıb və komandanın futbolçuları ilə görüşüb. Oyunçular bu görüşdə ona təşəkkür edərək hörmət, ehtiras və Afrika qardaşlığını əks etdirən səmimi anlar yaşayıblar.
Bu hadisə AFCON-un təkcə futbol deyil, eyni zamanda mədəniyyət, tarix və insanlıq dəyərlərini birləşdirən bir turnir olduğunu bir daha sübut edib.
© Copyright 2026, All Rights Reserved