“Kopenhagen” “Qarabağ” qarşısında aciz qaldı

UEFA Çempionlar Liqasının 2-ci turunda Azərbaycan təmsilçisi “Qarabağ” öz azarkeşləri qarşısına çıxıb.
90plus.az xəbər verir ki, Ağdam klubu Tofiq Bəhramov adına Respublika stadionunda Danimarkanın “Kopenhagen” komandasını sınağa çəkib. Oyunu hollandiyalı, türk əsilli hakim Serdar Gözübüyük idarə edib.
İlk turda səfərdə “Benfika” üzərində sensasion qələbə (3:2) qazanan Qurban Qurbanovun yetirmələri bu dəfə də inamlı təsir bağışlayıb və qrup mərhələsində önəmli xal qazanıb.
Matçın hesabını 28-ci dəqiqədə Abdullah Zubir açıb. Qarşılaşmanın sonlarına yaxın – 83-cü dəqiqədə Emmanuel Addai fərqi iki topa çatdırıb və nəticəni müəyyənləşdirib – 2:0
Qarabağ 2-0 Kopenhagen
Zubir 28'
Addai 82'
Qollar:
https://t.me/doxsanplus/108564
https://t.me/doxsanplus/108570
Xatırlatma: “Qarabağ” ilk turda Portuqaliyada “Benfika”nı 3:2 hesabı ilə məğlub etmişdi. “Kopenhagen” isə öz meydanında Almaniya təmsilçisi “Bayer 04” ilə 2:2 hesablı heç-heçə oynayıb.
Çempionlar Liqasında turnir cədvəli:
© Copyright 2025, All Rights Reserved