Koxalski MLS istəmir, Premyer Liqa prioritetidir
Koxalski MLS təklifini rədd edib – hədəfi Premyer Liqadır.
90plus.az xəbər verir ki, “Qarabağ”ın qapıçısı Mateuş Koxalski ABŞ-ın MLS liqasına transfer imkanını rədd edib. Polşalı qolkiper karyerasını Avropada davam etdirmək istədiyini bildirib.
25 yaşlı qapıçı Polşa mətbuatına açıqlamasında əsas məqsədinin avrokuboklarda oynamaq olduğunu deyib. O, MLS-dən maraq olsa da, bu variantı qəbul etmədiyini vurğulayıb.
Koxalski bildirib ki, gələcək karyerası ilə bağlı hələ yekun qərar verməyib və hansı komandada oynayacağını bir neçə amil müəyyən edəcək. Qolkiperin əsas hədəfi İngiltərə Premyer Liqasında çıxış etməkdir. O, ehtiyat qapıçı kimi deyil, əsas heyətdə oynaya biləcəyi komandaya keçmək istədiyini deyib.
Polşalı qapıçı UEFA Çempionlar Liqasında “Napoli”yə qarşı keçirdikləri matçı da xatırlayıb. O, məğlubiyyətə baxmayaraq həmin oyunun onun üçün uğurlu keçdiyini və bir neçə yaxşı qurtarış etdiyini bildirib. Koxalskinin sözlərinə görə, oyundan sonra rəqib komandanın məşqçilər korpusundan biri onunla danışaraq inkişaf etməyə davam edərsə, onu izləyəcəklərini deyib. Bu isə qapıçı üçün böyük motivasiya olub.
Qeyd: Mateuş Koxalski 2024-cü ilin avqust ayından “Qarabağ”ın heyətində çıxış edir.
© Copyright 2026, All Rights Reserved