"Kəpəz" 3 xalı 3 qolla qazandı
“Kəpəz” Azərbaycan Premyer Liqasının XXII turunda “Sumqayıt”ı 3:0 hesabı ilə məğlub edib.
90plus.az xəbər verir ki, Yevlax şəhər stadionunda keçirilən oyun Gəncə təmsilçisinin qələbəsi ilə yekunlaşıb.
Qollar belə vurulub: 2-ci dəqiqədə Ryonosuke Ohori, 19 və 40-cı dəqiqələrdə (penalti) isə Luis Paçu.
Matçda vurulan qollara bu cümləyə klik edərək keçid edin
“Gənclik şəhəri”nin komandası görüşü 10 nəfərlə tamamlayıb. 62-ci dəqiqədə Nikola Ninkoviç ikinci sarı vərəqədən sonra qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.
Bu qələbədən sonra "Kəpəz PFK" 16 xalla turnir cədvəlində 10-cu pilləyə yüksəlib. "Sumqayıt FK" isə 31 xalla 6-cıdır.
XXII tur martın 1-də yekunlaşacaq.
© Copyright 2026, All Rights Reserved