"Kəpəz" yeni transferini açıqladı

90plus.az xəbər verir ki, “Kəpəz” klubu müdafiəçi Rauf Hüseynlini heyətinə qatıb.
Gəncə təmsilçisi ilə 25 yaşlı oyunçu arasında mövsümün sonuna qədər müqavilə imzalanıb. Qeyd: Rauf Hüseynli ötən mövsümü də “Kəpəz”də keçirib. O, 27 oyunda iştirak edib, 2 qol vurmaqla yanaşı, 2 məhsuldar ötürmə ilə yadda qalıb.
© Copyright 2025, All Rights Reserved