Kristian Pulişiçin adı məşhur aktrisa ilə hallanır
Kristian Pulişiçin adı məşhur aktrisa ilə hallanır.
90plus.az xəbər verir ki, “Milan”ın kapitanı Kristian Pulişiç yeni mövsümə möhtəşəm start verib. Amerikalı futbolçu 14 oyunda 9 qol və 2 assistlə yadda qalıb. Lakin son günlər Apennin yarımadasında Pulişiç təkcə oyunu ilə deyil, şəxsi həyatı ilə də gündəmdədir.
İtaliya mətbuatında yayılan iddialara görə, Pulişiçin məşhur Hollivud aktrisası Sidney Suini ilə eşq yaşadığı bildirilir. Aktrisa “Euphoria” və “The End of the F***ing World” seriallarındakı rolları ilə dünya şöhrəti qazanıb.
Maraqlıdır ki, bu şayiələr qısa zamanda İtaliyadan kənara çıxaraq Böyük Britaniya mətbuatının, o cümlədən DailySports nəşrinin də diqqətini çəkib. Xəbərin mənbəyi isə Apennin yarımadasında tanınmış DNA da Bomber bloqu olub. Lakin sosial şəbəkə istifadəçilərinin böyük hissəsi bu məlumatların sadəcə dedi-qodu olduğunu düşünür.
🔎 Vacib məqam: Kristian Pulişiç hazırda rəsmi olaraq qolfçu Aleksa Melton ilə münasibətdədir. Cütlük daha əvvəl dəfələrlə birlikdə görüntülənib və Pulişiç tez-tez Meltonun sosial şəbəkə paylaşımlarında yer alıb.
Hazırda nə Kristian Pulişiç, nə də Sidney Suini yayılan iddialarla bağlı açıqlama verib. Bu səbəbdən xəbərlərin şayiə xarakteri daşıdığı vurğulanır.
© Copyright 2026, All Rights Reserved