Kristiano Ronaldo Jr. "Real Madrid"ə geri döndü
Kristiano Ronaldo Jr. "Real Madrid"in U-16 komandası ilə məşqlərə çıxıb.
90plus.az xəbər verir ki, Kristiano Ronaldonun böyük oğlu olan gənc futbolçu bu həftə İspaniya nəhənginin aşağı yaş qrup komandası ilə birlikdə hazırlıq prosesində iştirak edib.
Məlumata görə, perspektivli oyunçunun "Real Madrid" akademiyasında sınaq xarakterli məşqlərə qatıldığı bildirilir.
Qeyd: Ata Ronaldo bu komandada oynadığı müddətdə də Ronaldo Jr. da "Real Madrid"in aşağı yaş qruplarında oynamışdı.
© Copyright 2026, All Rights Reserved