Kriştiano Ronaldodan cavab: “Messi məndən daha yaxşı deyil”
                            
                        
                            
                                Portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldo jurnalist Pirs Morqanla müsahibəsində diqqətçəkən açıqlamalar verib.
90plus.az xəbər verir ki, 40 yaşlı hücumçu, futbol tarixinin ən yaxşısı haqda sualı cavablandırarkən “Messi ilə rəqabəti” mövzusuna da aydınlıq gətirib.
Morqanın “Bəziləri Messi’nin səndən daha yaxşı olduğunu deyir, sən nə düşünürsən?” sualına Ronaldo belə cavab verib:
“Messi’nin məndən daha yaxşı olduğu fikrinə qatılmıram. Səmimi deyirəm, bu, mənim düşüncəm. Alçaqgönüllü olmaq istəmirəm, amma özümü daha üstün hesab edirəm.”
Müsahibə zamanı Pirs Morqan futbolçuya “Keçən həftə milyarder oldun” deyə zarafat etdikdə, Ronaldo gülərək cavab verib:
“Bu doğru deyil, mən illər öncə milyarder olmuşdum.”
Jurnalist daha sonra İngiltərəli sabiq futbolçu Veyn Runinin açıqlamasını xatırladaraq, “Runi səndən nifrət etmədiyini, amma Messi’nin daha yaxşı olduğunu düşündüyünü dedi, buna nə deyirsən?” sualını verib. Ronaldu isə qısa cavabla kifayətlənib:
“Bu, mənim üçün problem deyil.”
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    © Copyright 2025, All Rights Reserved