Krivotsyuk konfransda azərbaycanca danışdı
DÇ-2026-nın seçmə mərhələsində İslandiya ilə oyun öncəsi keçirilən mətbuat konfransında millimizin Ukrayna əsilli futbolçusu Anton Krivotsyuk Azərbaycan dilində çıxışı ilə xüsusi diqqət çəkib.
90plus.az xəbər verir ki, mətbuat konfransı zamanı jurnalist Krivotsyuka “Azərbaycan dilini haradan öyrənmisən?” deyə sual ünvanlayıb. Müdafiəçi isə səmimi cavabı ilə diqqət çəkib:
“Haradasa iki il Azərbaycan dili öyrənmişəm. Uzun müddət danışmırdım, indi şansım var ki, danışıram”.
Krivotsyukun mətbuat konfransı:
https://t.me/doxsanplus/110584
Krivotsyukun ana dilimizdə rahat danışması sosial şəbəkələrdə də müsbət qarşılanıb. Futbolçu millidə çıxış etdiyi müddətdə Azərbaycan dilinə hörmət göstərdiyini və bunu davam etdirməyə çalışdığını bildirib.
© Copyright 2025, All Rights Reserved