Krivotsyuk: "Sabah ən yaxşı oyunumuza şahid olacaqsınız"
Azərbaycan milli komandasının müdafiəçisi Anton Krivotsyuk DÇ-2026-nın seçmə mərhələsinin 5-ci turu çərçivəsində İslandiyaya qarşı keçiriləcək oyun öncəsi təşkil olunan mətbuat konfransında iştirak edib.
90plus.az xəbər verir ki, futbolçu rəqibin güclü kollektiv olduğunu vurğulayıb və komandasının sabahkı görüşdə ən yaxşı oyununu sərgiləyəcəyinə inandığını bildirib.
"Rəqibi yaxşı tanıyırıq, onlar güclü komandadır. Heyətlərində keyfiyyətli və performansı yüksək olan futbolçular yer alır. Bunu nəzərə alaraq, bizi çətin qarşılaşma gözlədiyini bilirik. Lakin oyuna ciddi şəkildə hazırlaşmışıq və inanıram ki, sabah ən yaxşı oyunumuza şahid olacaqsınız.İnanıram ki, sabah ən yaxşı performansımızı göstərəcəyik".
"Çox şey dəyişməyib, amma Ayxan müəllimin gəlişindən sonra komandada milli ruh və möhkəm kollektiv formalaşıb. Hər birimiz yaxşı nəticələr qazanmaq üçün çalışırıq və bunun məsuliyyətini dərk edirik. İnanıram ki, sabah da bunu meydanda göstərəcəyik".
© Copyright 2025, All Rights Reserved