Kubarsi: “Yamalı saxlamaq imtahandan çətindir”

Pau Kubarsi: “Yamalı saxlamaq imtahan verməkdən çətindir”.
90plus.az xəbər verir ki, “Barselona”nın gənc müdafiəçisi Pau Kubarsi komanda yoldaşı Lamin Yamal haqda maraqlı açıqlama verib. “AS” nəşrinə danışan futbolçu Yamalın məşqlərdə necə fərqləndiyindən və onun qarşısını almağın nə qədər çətin olduğundan bəhs edib.
Kubarsinin sözlərinə görə, Yamal ilə üz-üzə qalmaq elə bil universitetə qəbul imtahanı vermək kimidir – amma daha çətini:
“Məşqlərdə Yamalın qarşısını almaq universitetə qəbul imtahanı verməkdən daha çətindir. Çünki Yamal sizi istədiyi kimi aldada bilər. O, hər matçda meydanda istədiyini edir. Sanki həyətdə dostları ilə oynayırmış kimi rahatdır.”
Gənc müdafiəçi həmçinin təhsil həyatından da qısa şəkildə danışıb:
“Qəbul imtahanımda yaxşı bal topladım, amma daha yaxşı da ola bilərdi.”
Qeyd: Həm Kubarsi, həm də Yamal “Barselona” akademiyasının yetirmələridir və hazırda əsas komandada vacib rollardan birini oynayırlar.
© Copyright 2025, All Rights Reserved