Kukurelya: “İstəsəydilər, dizüstə “Man Siti”yə gedərdim”
Kukurelya: “Qvardiola məni istəsəydi, diz üstə də “Man Siti”yə gedərdim”.
90plus.az xəbər verir ki, “Çelsi”nin müdafiəçisi Mark Kukurelya keçmişdə “Man Siti”nin onu transfer etmək istədiyini təsdiqləyib. İspan futbolçu həmin dönəmdə Pep Qvardiolanın komandasına qoşulmaq istəyinin çox güclü olduğunu bildirib.
Kukurelya açıqlamasında deyib:
“'Man Siti” “Çelsi”yə keçmədən əvvəl məni istəyirdi. Onlar o vaxt əsl güc içində idilər, dünyanın ən yaxşı komandalarından biri idi. Getmək istəyirdim. Belə təklif gəlsə, Qvardiola soruşsa, lazım olsa diz üstə də gedərsən. Amma klublar razılığa gələ bilmədi”.
Xəbərin mənbəyi: Fabrizio Romano
© Copyright 2025, All Rights Reserved