"Əl-Hilal" "Fənərbağça"nın müdafiəçisini alır

Hamı "İnter" gözləyirdi, yeni ünvanı təəccübləndirdi.
90plus.az xəbər verir ki, "Fənərbağça"nın 19 yaşlı müdafiəçisi Yusuf Akçiçək gözlənilməz transfer qərarı ilə gündəmə gəlib. Jose Mourinyo dövründə parlayan gənc futbolçunun adı daha öncə İtaliyanın nəhəng klubu "İnter" ilə hallansa da, yeni ünvanı hər kəsi təəccübləndirib.
Türkiyə mediasında yer alan məlumatlara görə, Yusuf Akçiçək karyerasını Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunda davam etdirməyə yaxındır. "HT Spor"un xəbərinə əsasən, "Əl-Hilal" bir müddətdir "Fənərbağça" ilə danışıqlar aparır və bu danışıqlar müsbət istiqamətdə davam edir.
Məlumata görə, Səudiyyə Ərəbistanı təmsilçisi Yusuf Akçiçək üçün 20 milyon avro + bonuslar şəklində təklif irəli sürüb. Bu təklif "Fənərbağça" tərəfindən qəbul edilib və danışıqlarda artıq son mərhələyə çatılıb.
Transfer reallaşarsa, "Fənərbağça" gələcəkdə baş tutacaq olası satışdan da pay əldə edə bilər. Yusuf Akçiçəkə təqdim olunan şəxsi təklifin də yüksək məbləğdə olduğu bildirilir.
© Copyright 2025, All Rights Reserved