"Əl-Hilal" Renan Lodi ilə yollarını ayırdı – Braziliyalı ulduz klubsuz qaldı

Geridə qalan mövsümün qış transfer pəncərəsində "Marsel" klubundan "Əl-Hilal"a keçən Renan Lodi Səudiyyə Ərəbistanı təmsilçisi ilə olan müqaviləsini ləğv edib.
90plus.az xəbər verir ki, tanınmış futbolçu artıq ölkəni tərk edib. Fabrisio Romanonun verdiyi məlumata görə, 27 yaşlı braziliyalı müdafiəçi müqaviləsini qarşılıqlı razılıq əsasında pozub və hazırda klubsuz statusundadır.
23 milyon avroya transfer olunmuşdu
"Əl-Hilal" Renan Lodi üçün "Marsel" klubuna 23 milyon avro məbləğində transfer haqqı ödəmişdi. Lakin futbolçunun ərəb klubu ilə hələ 2 illik müqaviləsi qalırdı.
Renan Lodi "Əl-Hilal" forması ilə ümumilikdə 56 rəsmi oyuna çıxıb, 4 qol vurub və 11 məhsuldar ötürmə ilə yadda qalıb.
© Copyright 2025, All Rights Reserved