“Əl-Nəsr” Kingsli Komanı heyətinə qatdı: 3 ilə 75 milyon avro

Fransanın tanınmış futbolçusu Kingsli Koman karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək. Fransız ulduz Almaniyanın “Bayern Münhen” klubundan ayrılaraq “Əl-Nəsr”lə rəsmi müqavilə imzalayıb.
90plus.az xəbər verir ki, Səudiyyə Ərəbistanı Pro Liqasının nəhənglərindən olan “Əl-Nəsr” 29 yaşlı cinah oyunçusu ilə 3 illik müqavilə bağladığını açıqlayıb. Müqaviləyə əsasən, Koman illik təxminən 25 milyon avro məvacib alacaq. Bu da 3 ildə ümumilikdə 75 milyon avro edir.
Məlumata görə, “Əl-Nəsr” transfer üçün “Bayern Münhen” klubuna 30 milyon avro təzminat ödəyəcək.
© Copyright 2025, All Rights Reserved