"Əl-Nəsr" Kinqsli Komanı heyətinə qatmağa yaxındır

Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Nəsr" Almaniyanın nəhəng klubu "Bayern"in fransalı futbolçusu Kinqsli Komanı transfer etməyə hazırlaşır.
90plus.az xəbər verir ki, "Sky Sports"un yaydığı xəbərə görə, 29 yaşlı futbolçu "Əl-Nəsr" ilə müqavilə şərtlərində razılıq əldə edib. Komanın 2028-ci ilə qədər klubla müqavilə imzalayacağı və illik 20-25 milyon avro arasında maaş alacağı bildirilir.
"Əl-Nəsr" bu transfer üçün "Bayern Münhen"ə 30 milyon avro məbləğində təzminat ödəməyə hazırdır. Hal-hazırda klublar arasında rəsmi danışıqlar davam edir.
Kinqsli Koman 2023/24 mövsümündə "Bayern" formasında 45 oyunda meydana çıxıb, 9 qol və 6 assistlə yadda qalıb.
"Əl-Nəsr" yeni mövsüm öncəsi heyətini gücləndirmək istiqamətində ardıcıl addımlar atır. Komandada artıq Kristiano Ronaldo, Marselo Brozoviç, Sadio Mane, yeni transferlərdən isə Joao Feliks və İnyiqo Martines kimi ulduzlar yer alır.
© Copyright 2025, All Rights Reserved