La Liqa klubu baş məşqçisi ilə yolları ayırdı
İspaniya La Liqa təmsilçisi "Sevilya" klubunda baş məşqçi dəyişikliyi baş verib.
90plus.az xəbər verir ki, "Sevilya" rəhbərliyi komandanın baş məşqçisi Matias Almeyda ilə yollarını ayırıb. Buna səbəb komandanın son turda doğma meydanda "Valensiya"ya 0:2 hesabı ilə məğlub olması olub.
Klubun rəsmi açıqlamasında bildirilib ki, argentinalı mütəxəssis 32 rəsmi oyundan sonra komandadan ayrılıb. O, 2025-ci ilin yayında "Sevilya"ya qoşulduqdan sonra 29-u La Liqa, 3-ü isə İspaniya Kral Kuboku olmaqla ümumilikdə 32 qarşılaşmada komandanı idarə edib.
"Sevilya" klubu Matias Almeyda və onun məşqçi heyətinə göstərdikləri xidmətlərə görə təşəkkür edib, gələcək karyeralarında uğurlar arzulayıb.
© Copyright 2026, All Rights Reserved