La Liqa: “Barselona” zirvəyə qalxdı
Doğma meydanda qəbul etdiyi “Alaves”ə 3:1 hesabı ilə qalib gələn “Barselona” oyun artığı ilə liderliyə yüksəldi:
1. Barselona ➖ 34 xal
2. Real Madrid ➖ 32 xal
90plus.az xəbər verir ki, İspaniya La Liqasının 14-cü turunda “Barselona” Dani Olmonun dublu sayəsində geridən gələrək “Alaves”i 3:1 hesabı ilə məğlub edib. Bu, yenidən açılan “Spotify Camp Nou”dakı ikinci matç idi və kataloniyalılara La Liqada liderliyə yüksəlməyə imkan verib:
Barselona 3-1 Deportivo
Pablo Ibanez 1'
Lamin Yamal 8'
D. Olmo 26', 90+3
Qollar:
https://t.me/doxsanplus/111450
https://t.me/doxsanplus/111462
Lakin “Real Madrid” bazar günü “Jirona”nı məğlub etsə, zirvəyə qayıda bilər.
“Barselona” La Liqada ardıcıl 34 oyundur qol vurur (91 qol). Bu, komandanın Ernesto Valverdenin rəhbərliyi altında 2019-cu ilin fevralında əldə etdiyi 37 matçlıq (99 qol) seriyadan bəri ən yaxşı göstəricisidir.
Kataloniyalılar növbəti liqa matçında dekabrın 2-də “Atletiko Madrid”i qəbul edəcəklər.
© Copyright 2025, All Rights Reserved