La Liqa klubu baş məşqçisini istefaya göndərdi
İspaniya La Liqasında növbəti baş məşqçi ayrılığı baş verib.
90plus.az xəbər verir ki, “Malyorka” klubu baş məşqçi Yaqoba Arrasate ilə yollarını ayırdığını açıqlayıb.
47 yaşlı mütəxəssis komandanın uğursuz nəticələrinə görə vəzifəsindən göndərilib. Tərəflər arasında imzalanmış müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Yaqoba Arrasate 2024-cü ilin yayından etibarən “Malyorka”nın baş məşqçisi vəzifəsində çalışırdı. Komanda La Liqada keçirdiyi 25 turdan sonra 24 xal toplayaraq turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb və aşağı liqaya düşmə zonasında yer alır.
© Copyright 2026, All Rights Reserved