La Liqa klubu məşhur müdafiəçini transfer etdi

Karyerasının bir dövründə "Beşiktaş"ın formasını geyinmiş Erik Baillinin yeni klubu müəyyənləşib.
90plus.az xəbər verir ki, İspaniyanın La Liqa təmsilçilərindən olan "Real Oviedo" müdafiə xəttini təcrübəli futbolçu ilə gücləndirib.
"Real Oviedo" rəsmi saytında verdiyi açıqlamada son olaraq "Vilyarreal" klubunda çıxış edən 31 yaşlı Fil Dişi Sahilli futbolçunu transfer etdiyini bildirib.
Xatırlatma: Erik Bailli 2023–2024 mövsümündə "Beşiktaş" klubunun heyətində də çıxış edib.
© Copyright 2025, All Rights Reserved