La Liqa: Mövsümün ən yaxşı 3 nəfəri seçildi

La Liqada mövsümün ən yaxşıları açıqlanıb: Hansi Flik, Rafinya və Yamal seçilib.
90plus.az xəbər verir ki, İspaniya La Liqasında 2024/25 mövsümünün yekunlarına əsasən fərdi mükafatların sahibləri açıqlanıb. Mövsüm ərzində çıxışları ilə fərqlənən məşqçilər və futbolçular arasında "Barselona" klubu açıq üstünlük nümayiş etdirib.
İlin Baş Məşqçisi: Hansi Flik (Barselona)
Mövsümün əvvəlində Barselonanın sükanı arxasına keçən Hansi Flik qısa müddət ərzində komandada sabitlik və intizam yaradaraq onu çempion etdi. Alman mütəxəssis hücum yönümlü, dinamik oyun stili ilə La Liqada ilin baş məşqçisi adına layiq görülüb.
İlin Futbolçusu: Rafinya (Barselona)
Çempionat ərzində möhtəşəm performans sərgiləyən Rafinya komandanın ən məhsuldar oyunçusu kimi zirvəyə çıxdı.
İlin Ən Yaxşı Gənc Futbolçusu: Lamin Yamal (Barselona)
İspaniya futbol tarixində 18 yaşına çatmadan iki La Liqa çempionluğu qazanan yeganə futbolçudur
Lamin Yamal 17 yaşında – 2024/25 mövsümü:
La Liqa çempionu;
İspaniya Kuboku qalibi;
İspaniya Superkuboku qalibi;
AVRO-2024 çempionu;
18 qol və 25 assist;
Ən çox yaradılan real qol imkanı;
Ən çox uğurlu reyd
© Copyright 2025, All Rights Reserved