La Liqa Yan Oblak və Kilian Mbappeni mükafatlandırdı
La Liqa rəhbərliyi ötən mövsümün ən yaxşı futbolçularına təqdim olunan fərdi mükafatları sahiblərinə çatdırıb.
90plus.az xəbər verir ki, 32 yaşlı sloveniyalı qapıçı Yan Oblak yenidən tarix yazdı
“Atletiko Madrid”in qapıçısı Yan Oblaka ötən mövsümün ən yaxşı qapıçısı mükafatı təqdim edilib. Bu, sloven qolkiperin sözügedən mükafatı 6-cı dəfə qazanması deməkdir və o, bununla La Liqa tarixində həmin mükafatı ən çox qazanan qapıçı adına sahib çıxıb.
Oblak ötən mövsüm çempionatda 36 oyuna çıxaraq 30 qol buraxmışdı.
Kilian Mbappe – mövsümün bombardiri
Bununla yanaşı, ötən mövsümün ən yaxşı bombardiri seçilən Kilian Mbappe də öz mükafatını təhvil alıb. “Real Madrid” hücumçusu La Liga-nı 34 oyunda vurduğu 31 qolla başa vurmuşdu.
Hər iki futbolçu mükafatlarını La Liqanın təşkil etdiyi tədbirdə qəbul edib.
© Copyright 2025, All Rights Reserved