Lamin Yamal: “Anama dedim, istədiyin evi seç”

“Barselona”nın və İspaniya millisinin gənc ulduzu Lamin Yamal çətin uşaqlığından və həyatının futbolla, həmçinin anası Şeyla İbainanın böyük dəstəyi sayəsində necə dəyişdiyindən danışıb.
90plus.az xəbər verir ki, 18 yaşlı Yamal jurnalist Xose Ramon de la Morenaya verdiyi müsahibədə bildirib ki, o, uşaqlığını otaq və mətbəxin bir yerdə olduğu kiçik mənzildə keçirib. Daha sonra isə “Barselona”nın məşhur akademiyası “La Masiya”ya köçməsi onun ulduzluğa gedən yolunun başlanğıcı olub.
Kataloniyalı istedad əlavə edib ki, karyerasında ən böyük dəstəkçisi anası olub. Yamal deyib ki, birinci komanda ilə debüt mövsümündən sonra tək yaşamağa qərar verib, amma anasının daim onun yanında olmasına xüsusi diqqət yetirib.
Yamal anasına ev alması haqqında: "Anama məhəlləni göstərdim və dedim: “Hansını istəyirsən?”
Evdə arzuladığı hər şey var idi. O mənim kraliçamdır, mənim üçün ən dəyərli insandır və mən sadəcə onun xoşbəxt olmasını istəyirəm.
Kiçik qardaşımın mənim həmişə arzuladığım uşaqlığı yaşadığını görürəm və bu, məni hər şeydən çox xoşbəxt edir.
Atamı öz evində rahat, nənəmi isə öz evində sakit görürəm. Bu, bir oğulun istəyə biləcəyi ən böyük xoşbəxtlikdir”.
© Copyright 2025, All Rights Reserved