Lamin Yamal komanda yoldaşına dəstək göstərdi

"Barselona"nın gənc futbolçusu Lamin Yamal komanda yoldaşı Qaviyə dəstəyini ifadə edib.
90plus.az xəbər verir ki, Yamal sosial media hesabında ispaniyalı yarımmüdafiəçi ilə birgə fotosunu paylaşaraq ona ürək sözlərini yazıb:
“Döyüşçüm, sənin əvvəlki kimi güclü qayıdacağına heç bir şübhəm yoxdur. Səni heç nə yolundan döndərə bilməz. Hamımız səni səbirsizliklə gözləyirik. Güc və sağlıq arzulayıram. Səni çox sevirəm.”
Qeyd: Qavi avqust ayının əvvəlində zədələnmişdi. 21 yaşlı futbolçuya menisk əməliyyatı olunub və bu səbəbdən təxminən 4-5 ay yaşıl meydanlardan uzaq qalacağı, ən tez fevral ayında komandaya qoşula biləcəyi bildirilib.
© Copyright 2025, All Rights Reserved