Lamin Yamal Messini keçdi
“Barselona”nın İspaniya La Liqasının 25-ci turunda “Levante” üzərində 3:0 hesablı qələbə qazanması Yamal üçün əlamətdar olub.
90plus.az xəbər verir ki, qarşılaşmada Kataloniya təmsilçisinin hücumçusu Lamin Yamal bir məhsuldar ötürmə ilə yadda qalıb.
Bu qalibiyyət 18 yaşlı futbolçu üçün “Barselona” forması ilə 100-cü qələbə olub. O, bu göstəriciyə çatmaq üçün 139 oyunda iştirak edib.
Beləliklə, Yamal klub tarixində 100 qələbə həddinə çatan ən gənc oyunçu adına sahib çıxıb. O, 18 yaş 244 günlüyündə bu uğura nail olaraq, Boyan Krkiç (20 yaş 133 gün) və Lionel Messinin (20 yaş 271 gün) rekordunu geridə qoyub.
© Copyright 2026, All Rights Reserved