Lamin Yamal: “Qızıl top”u Neymar və Messiyə verərdim”

"Barselona"nın sürətlə yüksələn ulduzu Lamin Yamal "Qızıl top" mükafatı ilə bağlı fikirlərini bölüşüb.
90plus.az xəbər verir ki, 18 yaşlı cinah oyunçusu RTVE-yə verdiyi müsahibədə “Qızıl top”u iki keçmiş "Barselona"lıya – Neymar və Lionel Messiyə vermək istədiyini bildirib.
“Birini Neymar üçün verərdim; o, bunu haqq edir. Neymarın "Barselona"dakı və ya "Pari Sen-Jermen"dəki dönəmi indiki vaxtda olsaydı, mütləq qazanardı,” – deyə Yamal bildirib.
“Messiyə isə ona görə verərdim ki, o, tarixdəki ən yaxşı oyunçudur,” – deyə o, əlavə edib.
Yamal özü də bu nüfuzlu mükafatı və UEFA Çempionlar Liqasını qazanmağı arzuladığını vurğulayıb:
“Hər bir futbolçu ‘Qızıl top’u qazanmaq istəyir – əksini deyən yalan danışır. 18 yaşımda bu səviyyədə olmaq dəyər verilməli bir şeydir. Ümid edirəm ki, baş verəcək.”
Gənc futbolçu həmçinin "Barselona" ilə Çempionlar Liqasını qazanmaq istəyini də dilə gətirib və bu uğurun klub üçün “möhtəşəm” olacağını qeyd edib.
© Copyright 2025, All Rights Reserved