Lamine Yamalın anası Londonda görüşür - 800 avroya...

Dünyanın ən yaxşı futbolçularından biri hesab olunan 18 yaşlı Lamine Yamal yenidən gündəmdədir, bu dəfə isə anası ilə.
90plus.az xəbər verir ki, "Barselona"nın superulduzu Yamalın anası Şeyla Ebana Londonda təşkil olunacaq xüsusi bir yemək tədbirinə ev sahibliyi edəcək. Şeyla Ebana bu tədbiri “Dünyanın ən yaxşı futbolçusunun anası ilə yemək fürsətini qaçırmayın” şüarı ilə tanıdır.
Tədbir 7 noyabrda Londondakı "Nobu Hotel Portman Square"də keçiriləcək “Futbol Azarkeşləri Yeni İl Partiyası”dır. Tədbirdə iştirak üçün qiymətlər paketə görə dəyişir: 150 avrodan başlayaraq 800 avroya qədər.
Qiymət tarifləri belədir:
150 Avro: Qarşılama kokteyli + 3 növ yemək
400 Avro: Limitsiz içki + 3 növ yemək
800 Avro: Premium masa + içki + fotoşəkil
Tədbir yalnız 18 yaşdan yuxarı şəxslər üçün nəzərdə tutulub və maksimum 400 iştirakçı ilə məhdudlaşdırılıb. Təəssüf ki, Lamine Yamal özü bu yeməkdə iştirak edə bilməyəcək, çünki həmin gün komandası "Selta Viqo" ilə oyun keçirəcək.
Bu unikal kampaniya İspaniya mətbuatında böyük marağa səbəb olub.
© Copyright 2025, All Rights Reserved