"Lans" PSJ-nin istəyini geri çevirdi
“Lans” PSJ-nin Liqa 1 oyununu təxirə salmaq xahişini rədd edib.
90plus.az xəbər verir ki, çempionluq yarışına birbaşa təsir edəcək həlledici qarşılaşma planlaşdırıldığı tarixdə keçiriləcək — 33 və 34-cü turlar arasında
PSJ bu oyunun vaxtının dəyişdirilməsini istəyirdi ki, Çempionlar Liqasının 1/4 finalında “Liverpul”la oyuna daha çox hazırlaşa bilsin.
Lakin müraciət qəbul olunmadı və oyun rəsmi təqvimə uyğun baş tutacaq. Bu qərar Liqa 1-də çempionluq mübarizəsinə ciddi təsir edə bilər.
© Copyright 2026, All Rights Reserved