Əlcəzair 119-cu dəqiqə qolu ilə 1/4-ə keçdi
Afrika Millətlər Kubokunda dramatik qələbə: “Əlcəzair” 119-cu dəqiqədə turu keçdi.
90plus.az xəbər verir ki, Afrika Millətlər Kubokunun 1/8 final mərhələsində Əlcəzair ilə Konqo Demokratik Respublikası üz-üzə gəlib. Qarşılaşmanın əsas vaxtı 0:0 hesabı ilə başa çatdığından qalib əlavə vaxtda müəyyənləşib.
Əlavələrin ilk hissəsində də hesab açılmayıb. Matçın taleyini isə 119-cu dəqiqədə Adil Bulebinanın vurduğu qol həll edib. Bu qoldan sonra Əlcəzair 1:0 hesabı ilə önə keçib və görüşdə başqa qol qeydə alınmayıb:
Əlcəzair 1 - 0 Konqo
Boulbina 119'
Beləliklə, Əlcəzair dramatik qələbə ilə adını dörddəbir finala yazdırıb. Şimali Afrika təmsilçisi növbəti mərhələdə Viktor Osimhen, Pol Onuaçu və Uilfred Ndidi kimi ulduzların çıxış etdiyi Nigeriya ilə qarşılaşacaq.
© Copyright 2026, All Rights Reserved