Lebron Ceyms 40 yaşında "davam" dedi

Basketbol dünyasının ən tanınmış adlarından biri olan "Los-Anceles Leykers"in ulduzu LeBron Ceyms karyerasını bitirməyə hələlik hazır deyil.
90plus.az xəbər verir ki, 40 yaşlı superulduz yaxın zamanda yeni və daha gəlirli bir müqaviləyə imza atmağa hazırlaşır. Ceyms cari müqaviləsində yer alan 52.6 milyon dollarlıq oyunçu opsiyasından istifadə etməyi planlaşdırmır. Bunun əvəzində, yayda daha uzunmüddətli və həm maliyə, həm də struktur baxımından daha sərfəli yeni bir müqavilə bağlamaq istəyir.
22 ildir NBA-də çıxış edən LeBron Ceyms bu dövrdə ortalama 27.0 xal, 7.5 ribaund və 7.4 asistlə oynayıb. O, həmçinin 50.6% zərbə dəqiqliyi ilə statistik baxımdan da yüksək göstəricilərə nail olub.
"Los-Anceles Leykers" bu mövsüm pley-off mərhələsində "Minnesota Timberwolves"a məğlub olaraq liqanı erkən tərk etmişdi. Bununla belə, LeBron Ceymsin basketbola olan bağlılığı və yüksək performansı onun hələ bir müddət NBA-də qalacağını göstərir.
© Copyright 2025, All Rights Reserved