LeBron Ceymslə "Leykers" rəhbərliyi qarşı-qarşıya

LeBron Ceyms “Los Anceles Leykers”lə müqaviləsindəki 1 illik artırma seçimini istifadə etdi, rəhbərliklə qarşı-qarşıya gəldi.
90plus.az xəbər verir ki, basketbol əfsanəsi LeBron Ceyms “Los Anceles Leykers”də bitən müqaviləsindəki seçim haqqını istifadə edərək NBA nəhəngi komandada qalacaq. 40 yaşlı super ulduz illik 52 milyon dollar qazanacaq.
Lakin LeBron Ceymsin komandada qalmaq qərarı “Leykers” rəhbərliyi ilə qarşıdurmaya səbəb olub.
İSPN-in xəbərinə görə, LeBron Ceyms karyerasını bitirmədən əvvəl bir daha çempionluq qazanmaq istəyir və rəhbərliyə güclü bir heyət formalaşdırmağı tələb edib.
“Leykers” isə Luka Donçiç əsaslı komanda quraraq liqada dominant olmaq niyyətindədir. LeBronun komandada qalması maaş büdcəsini zorlayır və buna görə klub daha çox rəqabət apara biləcək heyət qurmaq istəyir.
LeBron Ceyms isə çempionluq uğrunda mübarizə aparan komandadan təklif gəldiyi halda transfer olunmaq istədiyini rəhbərliyə bildirib.
© Copyright 2025, All Rights Reserved