LeBrondan tarixi nəticə - Bunu edən ən yaşlı basketbolçu oldu
NBA-də möhtəşəm qarşılaşma baş tutub. "Los Anceles Leykers" doğma azarkeşləri önündə "Dallas Maveriks"i 124-104 hesabı ilə məğlub edib.
90plus.az xəbər verir ki, "Los Anceles Leykers"in 41 yaşlı ulduzu LeBron Ceyms möhtəşəm performans nümayiş etdirərək 28 xal, 12 məhsuldar ötürmə və 10 ribaundla “triple-double” edib. Bununla da təcrübəli basketbolçu NBA tarixində “triple-double” edən ən yaşlı oyunçu kimi rekord müəyyənləşdirib.
Komandanın digər üzvlərindən Rui Haçimura 21 xal, Ostin Rivz 18 xal, Cekson Heyz isə 16 xalla qələbəyə töhfə verib.
"Crypto.com Arena"da keçirilən görüşdə "Dallas Maveriks" heyətində Naji Marşall və Maks Kristi hərəyə 19 xal toplayıb. Brendon Uilyams isə matçı 17 xalla başa vurub.
Bu qələbə ilə "Los Anceles Leykers" mövsümdəki iddiasını bir daha nümayiş etdirib.
© Copyright 2026, All Rights Reserved