Lempardın komandası addım-addım Premyer Liqaya
Frank Lempardın rəhbərliyi ilə “Koventri” Çempionşipdə zirvədə yer alır.
90plus.az xəbər verir ki, Uest Midlends təmsilçisi bu gün keçirilən 18-ci tur oyununda “Çarlton”u 3:1 hesabı ilə məğlub edib. Bu qələbə komandaya ardıcıl beşinci, son 12 qarşılaşmada isə 11-ci uğurunu qazandırıb.
Topladığı 43 xalla turnir cədvəlinə başçılıq edən “Koventri”nin ən yaxın təqibçisi “Midlsbro” isə liderdən 10 xal geri qalır.
© Copyright 2025, All Rights Reserved