Lennart Karl: “Cəmi 17 yaşım var, yoluma davam edəcəyəm”
“Bayern”in gənc hücumçusu Lennart Karl Bundesliqadakı son 7 oyunda cəmi 1 qolun vurulmasında iştirak etsə də, hazırkı formasının enişini sakit və yetkin şəkildə qarşılayır.
90plus.az xəbər verir ki, 17 yaşlı futbolçu “Bayern”in “TSG Hoffenhaym” üzərində 5:1 hesablı qələbəsindən sonra mövzu ilə bağlı açıqlama verib:
“Sadəcə davam etmək lazımdır. Hər zaman mükəmməl nəticə göstərmək mümkün deyil. Məşqlərdə və oyunlarda bütün gücünü ortaya qoymalısan, nəticələr yenidən gələcək”, – deyə Karl bildirib (SPORT1).
Gənc hücumçu yaşına da diqqət çəkib:
“Mən cəmi 17 yaşındayam. Sadəcə yoluma davam edəcəyəm”, – deyə o əlavə edib.
© Copyright 2026, All Rights Reserved